00:00:00
Yazar
Admin User
02.09.2025 10:39 115 1 dəq oxuma
Dünya

Qriqoryan Qrono ilə Vaşinqton razılaşmasını müzakirə edib

Qriqoryan Qrono ilə Vaşinqton razılaşmasını müzakirə edib

 

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

 

Görüşdə Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Vasilis Maraqos da iştirak edib.

 

Görüş zamanı avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmalar müzakirə olunub, həmçinin Ermənistan-Aİ əməkdaşlığının gündəminə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər