00:00:00
Yazar
Admin User
29.10.2025 16:23 90 1 dəq oxuma
Dünya

Qriqoryan: TRIPP regionda sülhün və sabitliyin möhkəmləndirilməsi üçün vacibdir

Qriqoryan: TRIPP regionda sülhün və sabitliyin möhkəmləndirilməsi üçün vacibdir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan TRIPP layihəsinin (Zəngəzur dəhlizinin Ermənistandan keçəcək 42 kilometrlik hissəsi - red.) regionda sülhün və sabitliyin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.


"İnformator.az" Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, bu açıqlamanı beynəlxalq media nümayəndələri və analitik mərkəzlərin mütəxəssisləri ilə görüşdə verib.


Görüş zamanı Qriqoryan regional təhlükəsizlik məsələlərinə toxunub, 8 avqustda Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə edilən razılaşmaları xatırladıb və regionda sülhün və sabitliyin möhkəmləndirilməsi kontekstində TRIPP layihəsinin əhəmiyyətini vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər