00:00:00
Yazar
Admin User
31.10.2025 17:01 157 2 dəq oxuma
Dünya

Qriqoryan: TRIPP regionda sülh və sabitlik üçün vacibdir

Qriqoryan: TRIPP regionda sülh və sabitlik üçün vacibdir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, TRIPP layihəsi (Zəngəzur dəhlizinin Ermənistandan keçəcək 42 km-lik hissəsi) regionda sülh və sabitliyin möhkəmləndirilməsi üçün əhəmiyyətlidir. O, 8 avqustda Vaşinqtonda Azərbaycanla əldə edilən razılaşmaları xatırladıb.

 

Mövzu ilə bağlı politoloq Turab Rzayev “İnformator.az”a açıqlamasında qeyd edib ki, aydın məsələdir ki, bu layihə Azərbaycan-Ermənistan arasındakı əməkdaşlığı gücləndirə bilər:

 

“İstər-istəməz bu layihə artıq iki ölkə arasında münasibətlərin başlanğıcı deməkdir. Həm də Azərbaycan artıq Zəngəzur dəhlizini istədiyi formatda fərqli bir formada əldə etmiş olur. Azərbaycan və Ermənistan ən azından bu dəhlizin yol, təhlükəsizliyin təmin olunması, keçid yolları və s. ilə bağlı olaraq artıq məcburən orta nöqtəyə gəlirlər. Bu da iki ölkə arasında kommunikasiya yaranması deməkdir. Artıq orada iki ölkə arasında ortaq sərhəd keçidi, gömrük nəzarətinin hansı formada olacağı və bunun qurulması üçün işlərə başlanılıb. İki ölkə arasında ortaq inşaat işləri ola bilər. Ən əsası isə bundan sonra ölkələr arasında problem qalmır. Artıq bütün kommunikasiya xətləri açıla, sərhəd keçid məntəqələri fəaliyyət göstərə, iki ölkə arasında iqtisadi, siyasi və mədəni əlaqələr bərpa oluna bilər. Aydın məsələdir ki, bu layihə ilə bağlı bəzi qüvvələrin narahatlıqları var. Çünki Ermənistan-Azərbaycan arasında uzunmüddətli problemi kənar qüvvələrin həll etməsi istər-istəməz həmin qüvvələrin regionda təsirini artırır və regiona yaxın qonşu dövlətlərin ənənəvi nüfuzunu azaldır. Məsələn, Rusiya, İran və Türkiyə bu məsələdən narahatdır. İran sərhəddə Amerikanın gəlməsini və bu gəlişin hərbi-siyasi bağlılığını qəbul etmək istəmir. Rusiya düşünür ki, bu bölgə onun nüfuz dairəsindədir. Türkiyə isə narazıdır, çünki Türkiyə ilə Azərbaycan, həmçinin Türkiyə-Gürcüstan coğrafiyasının ortasına ABŞ-nin daxil olması bu ölkəni də narahat edir. Ancaq Azərbaycan bu layihəni həyata keçirmək istəyir. Bu, sadəcə Ermənistan-Azərbaycan layihəsi deyil, dostluq və əməkdaşlığın, regionda sülhün və barışın əldə olunması baxımından vacibdir.Eyni zamanda Azərbaycan üçün bu yolun açılması böyük əhəmiyyət daşıyır. Çünki uzun müddətdir – 30 ildir – Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında əlaqənin bərpası, əhalinin birbaşa Naxçıvana və oradan Qərbə keçə bilməsi, həmçinin Türkiyədən və Avropadan gələn malların Naxçıvan üzərindən birbaşa Azərbaycanın əsas hissəsinə, oradan isə Çinə və Mərkəzi Asiyaya göndərilməsi məqsədi güdülür. Buna görə də Azərbaycan üçün bu yolun açılması strateji baxımdan çox önəmlidir”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər