Qəssam Briqadaları: Qəzzanın cənubunda iki qrup İsrail qüvvələrini pusquya saldıq
HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində iki İsrail ordusu qrupunu pusquya saldıqlarını açıqlayıb.
Qəssam Briqadalarının Telegram səhifəsində edilən açıqlamaya görə, Xan Yunus şəhərində İsrail ordusunun şəxsi avtomobili Yasin 105 raketi ilə hədəfə alınıb.
Açıqlamada 7 əsgərdən ibarət İsrail piyada qrupunun Xan Yunus şəhərinin mərkəzi hissələrində pusquya salındığı, sözügedən əsgərləri xilas etməyə gələn digər qrupun da pusquya salındığı vurğulanıb.
Açıqlamada dəstək üçün gələn İsrail əsgərlərinin qarşıdurmada öldüyü və yaralandığı bildirilib.
İsrail ordusu səhər saatlarında Qəzza zolağının cənubunda əsgərlərindən birinin öldürüldüyünü açıqlayıb.
7 oktyabrdan sonra İsrailin Qəzzanı işğal etməsi
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları 7 oktyabr 2023-cü il tarixində “Məscidül-Əqsa başda olmaqla fələstinlilərə və müqəddəs dəyərlərə qarşı davamlı pozuntulara cavab vermək” səbəbi ilə İsrailə hərtərəfli hücuma keçdi. "
İsrail oktyabrın 7-də baş verən hücumlarda 1200 israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 14 min 280-i uşaq, 9 min 340-ı qadın olmaqla 32 min 845 fələstinli həlak olub, 75 min 392 nəfər yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Qəzza zolağına hücumların başladığı 7 oktyabr 2023-cü ildən bu yana öldürülən İsrail əsgərlərinin sayı 256-sı quru işğalı prosesində olmaqla 600-ə yüksəlib.
Mənbə: TRT Haber
