00:00:00
Yazar
Admin User
08.09.2025 17:31 69 1 dəq oxuma
Dünya

Qətər-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyur

Qətər-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyur

Qətərin Baş naziri bildirib ki, Azərbaycanla münasibətlərimiz səmimi dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslanır.Həmçinin o, Azərbaycanla iqtisadi sahədə iş birliyinin genişləndirilməsinə dair fikirlərini də bölüşüb.

 

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az" a açıqlamasında bildirib ki,Qətərlə Azərbaycan arasında kifayət qədər dərin münasibətlər mövcuddur və son illərdə bu əlaqələr xüsusi dinamika ilə inkişaf edir:Qətərin həm Azərbaycan həm də qardaş Türkiyə ilə münasibətləri region üçün strateji əhəmiyyət daşıyır:

 

"Türkiyənin hərbi bazasının Qətərdə yerləşməsi göstərir ki, regional təhlükəsizlik məsələsindədə mühüm tərəfdaşlıq var.Bu dolayısı ilə Azərbaycan -Qətər münasibətlərinə də müsbət təsir göstərir".

 

Oqtay Qasımov həmçinin bildirib ki,Qətər son illərdə yalnız danışıqlar platforması deyil həmdə beynəlxalq sərmayə mərkəzinə çevrilib:

 

"Ölkə öz yeraltı sərvətlərindən əldə etdiyi vəsaitləri müxtəlif istiqamətlərdə,o cümlədən enerji sahəsində investisiyalara yönəldir. Azərbaycan bərpa olunan enerji sektorunda Qətərlə əməkdaşlıq imkanları genişdir. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistan və Qətərlə münasibətləri gücləndirilməsi istiqamətində mühüm addımlar atılır və bu prosesin davam etdiriləcəyi gözlənilir".

 

 

Nərmin Nəcəfova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər