00:00:00
Yazar
Admin User
11.09.2025 16:48 130 1 dəq oxuma
Siyasət

Qətər Qəzzaya dair vasitəçilik fəaliyyətini yenidən nəzərdən keçirir

Qətər Qəzzaya dair vasitəçilik fəaliyyətini yenidən nəzərdən keçirir

Qətər hökuməti İsrailin zərbəsindən sonra Dohada HAMAS ofisinin mövcudluğunu yenidən nəzərdən keçirir. 

 

Bu mövzu ilə bağlı olaraq siyasi şərhçi Cavanşir Abbaslı "İnformator.az" a bildirib ki, Qətərin Türkiyə ilə münasibətləri normal haldadır:

 

"Qətərin fəaliyyətinə bir daha baxması Qəzza məsələsində ən həssas davranan ölkə qardaş Türkiyədir. Türkiyənin də Qətərlə münasibətləri çox yaxşıdır. Hesab edirəm ki, Qətərin bu addımı atmasının arxasında bu məsələ dayanır. Bundan sonra HƏMAS-ın fəaliyyəti düşünürəm ki, indiki qaydada davam edəcək. Çünki indiyə qədər dəfələrlə şahid olmuşuq ki, HƏMAS -ın güclənməsinə imkan verməyiblər. Buna da səbəb İsrail lobbisinin kifayət qədər güclü olmasıdır. İsrailin də arxasında ABŞ kimi güc dayanır. Buna görə də HƏMAS-ın fəaliyyəti indiki formada davam edəcək. Qətərin bu təşəbbüsünə beynəlxalq aləmdə qısqanclıqla yanaşacaqlar. Çünki Qətərin Türkiyə ilə münasibətləri ortadadır. Türkiyənin də Qəzza ilə bağlı qəti mövqeyi ortadadır. Ona görə də, beynəlxalq güclər, təbii ki, bunun qarşısını almağa çalışacaqlar. Qətər çalışacaq ki, ilk növbədə bu savaşın qarşısını alsın. Qəzza məsələsini də gündəmdən çıxarmaq lazımdır. Buna görə də, Dohanın o istiqamətdə qəti addımlar atacağı və Qəzzaya bir nəfəslik verəcəyini düşünürəm. Ümumi HƏMAS İsrail savaşına gəldikdə isə, savaşın bitəcəyini sanmıram".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər