Qurbanlar üçün matəm və itkin düşənlərin axtarışı
Ştatın qubernatoru qanunvericiləri daşqınlara meyilli bölgələrdə yeni xəbərdarlıq və fövqəladə rabitə sistemlərinin maliyyələşdirilməsini təsdiqləməyə çağırıb. Cümə günü ABŞ prezidenti Donald Tramp Texasda zərər çəkmiş ərazini ziyarət edəcək.
Güclü sel nəticəsində azı 120 nəfərin həyatını itirdiyi və 170-dən çox insanın itkin düşdüyü Texasda şok yerini dərin kədərə verib.
İnsanlar əlində şamlar, güllər və dualarla, qurbanların şəkilləri ilə bəzədilmiş təbii memoriallara axışır.
Onların arasında onlarca uşaq da var – o cümlədən Mystic adlı yay düşərgəsində olan qızlar, çay kənarında kamp və çadırlarda dincələn yerli sakinlər. Çaylardan axan sel suları qarşısına çıxanı silib-süpürüb aparıb.
Hakimiyyət nümayəndələri bildirib ki, hələ də tapılmayan insanların siyahısı araşdırılır, lakin qeyd edirlər ki, fəlakətin ilk günlərində bu məlumatlar dəyişə bilər. Zərərçəkmişlər üçün xüsusi mərkəzlər yaradılıb və onlar federal yardımla təmin olunmaq üçün bu mərkəzlərə müraciət edə bilərlər. Ailələrə ərzaq talonları təqdim olunur, hotellərdə qalmaq və kommunal xidmətlər üçün ödənişlər qarşılanır.
Euronews
Fatimə Heydərova