00:00:00
Yazar
Aysel Mirzəyeva
18.03.2026 21:25 20 2 dəq oxuma
Siyasət

Qurbanqulu Berdiməhəmmədov Bakıya gələcək

Qurbanqulu Berdiməhəmmədov Bakıya gələcək

Türkmən xalqının milli lideri, Türkmənistanın Xalq Maslahatının sədri Qurbanqulu Berdiməhəmmədovun may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərlər Forumunun 13-cü sessiyasında (World Urban Forum - WUF13) iştirak edəcəyi gözlənilir.

 

Mövzu ilə bağlı siyasi şərhçi Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Türkmənistan Xalq Maslahatının sədri Qurbanqulu Berdiməhəmmədovun may ayında Bakıya səfəri və Ümumdünya Şəhərlər Forumunun 13-cü sessiyasında iştirakı Azərbaycan-Türkmənistan münasibətləri üçün əhəmiyyət kəsb edən hadisədir:

 

“Bu səfər hər iki ölkə arasında siyasi, iqtisadi və diplomatik dialoqu daha da gücləndirmək baxımından önəmlidir. İki ölkənin regiondakı strateji maraqları, enerji, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlığı nəzərə alınarsa, belə yüksək səviyyəli qarşılıqlı səfərlər tərəflər üçün etimad mühiti yaratmaq, qarşılıqlı anlaşmanı möhkəmləndirmək və yeni layihələr üçün zəmin hazırlamaq baxımından vacibdir. Bu səfər çərçivəsində yeni saziş və ya əməkdaşlıq memorandumlarının imzalanması da real görünür. Xüsusilə enerji, nəqliyyat və şəhərsalma sahələrində tərəflərin ortaq maraqları mövcuddur. Ümumdünya Şəhərlər Forumu şəhərsalma, urbanizasiya, inkişaf və davamlı infrastruktur mövzularına fokuslandığından, Azərbaycan və Türkmənistan arasında bu istiqamətdə layihələrin birgə təşkili, təcrübə mübadiləsi və texnoloji əməkdaşlıq üçün rəsmi sənədlərin imzalanması ehtimalı var. Belə addımlar iki ölkənin həm iqtisadi, həm də texnoloji əlaqələrini dərinləşdirə, həmçinin enerji və logistika marşrutlarında əməkdaşlığı genişləndirə bilər”.

 

Həmçinin şərhçi qeyd edib ki, BMT-nin təşkil etdiyi WUF13 forumunun region üçün əhəmiyyəti çoxşaxəlidir:


“Bu platforma urbanizasiya ilə bağlı problemlərin qlobal səviyyədə müzakirəsini təmin edir, innovativ texnologiyaların və davamlı inkişaf strategiyalarının paylaşılmasını mümkün edir. Azərbaycan üçün forum həm regional liderlik mövqeyini nümayiş etdirmək, həm də qonşu ölkələrlə dialoqu genişləndirmək baxımından əhəmiyyətlidir. Forum çərçivəsində qlobal ekspertlər və beynəlxalq təşkilatların iştirakı ölkəyə əlavə diplomatik və iqtisadi diqqət yönəldir, xarici investisiyaların cəlb olunmasına şərait yaradır və şəhərsalma sahəsində praktik təcrübə mübadiləsini təmin edir. Bundan əlavə, forum Cənubi Qafqaz və Mərkəzi Asiyada davamlı şəhər inkişafı mövzusunda regional əməkdaşlıq imkanlarını artırır ki, bu da Azərbaycanın strateji məqsədləri ilə üst-üstə düşür”.


Aytac İbrahimova

#baki #bakıya #berdiməhəmmədov #qurbanqulu #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər