Qurultay məhkəməsi öncəsi qəyyum ehtimalına qarşı mərkəzi qərargahda növbə
Məhkəmənin qərarı ilə CHP-nin İstanbul İl Təşkilatının rəhbərliyinə təyin edilən Gürsel Tekinin polis müşayiəti ilə binaya daxil olmasından sonra CHP-nin mərkəzi qərargahında da gərgin gözlənti davam edir. Partiya qurumunda 15 sentyabrda keçiriləcək qurultayla bağlı məhkəmə iclasından əvvəl, İstanbul İl Təşkilatında olduğu kimi, partiya rəhbərliyinin də müvəqqəti olaraq vəzifədən uzaqlaşdırılması qərarının çıxması ehtimalına qarşı hüquqi və siyasi taktiki addımlar müzakirə olunur.
Tekinin polis müşayiəti ilə binaya daxil olmasını “treyler” və “mərkəzi qərargaha qəyyum təyin edilməsinin məşqi” kimi dəyərləndirən CHP rəhbərliyi, vəzifədən uzaqlaşdırılma ehtimalına qarşı mərkəzi qərargahda növbə başladıb. CHP 102-ci ildönümünü də bu mübahisələrin kölgəsində qeyd etməyə hazırlaşır. Partiya rəhbərliyi 4–9 sentyabr tarixlərində planlaşdırılan yubiley tədbirlərini davam etdirərkən eyni zamanda taktiki mübarizə də aparır.
BBC NEWS
Səmayə Səftərova