Qəzza hökuməti: İsrailin hücumlarında 239 jurnalist həlak olub
Qəzzadakı Fələstin hökuməti 2023-cü il oktyabrın 7-dən soyqırımın davam etdiyi Qəzza zolağında İsrail tərəfindən öldürülən jurnalistlərin sayının 239-a çatdığını açıqlayıb.Hökumətin Media İdarəsi, İsrailin Qəzzada həyata keçirdiyi hücumlarda ölən jurnalistlərin sayını açıqlayan yazılı açıqlama yayıb.
İslam Əli əl-Kuminin dünən İsrail ordusunun hücumu nəticəsində öldürüldüyü bildirilən açıqlamada, "İsrailin soyqırım müharibəsinin başlamasından bu yana öldürülən jurnalistlərin sayı 239-a yüksəlib" ifadəsi əlavə edilib.Bəyanatda İsrailin “sistemli şəkildə fələstinli jurnalistləri və mətbuat mənsublarını hədəf aldığı” vurğulanıb və Beynəlxalq Jurnalistlər Federasiyası, Ərəb Jurnalistlər Birliyi və dünyadakı bütün media qurumlarını İsrailin “planlı hücumlarını” pisləməyə çağırıb. Beynəlxalq ictimaiyyətə və müvafiq təşkilatlara “İsrailin cinayətlərini beynəlxalq məhkəmələrə çatdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə, jurnalistləri qorumaq və soyqırıma son qoymaq üçün ciddi və təsirli təzyiq göstərməyə” çağırılıb.
Bu arada dünən Qəzza şəhərinin cənubundakı Sabra məhəlləsində İsrail ordusunun hücumu nəticəsində şəhid olan jurnalist İslam Əli əl-Qumi Şifa xəstəxanasının qarşısında cənazə namazı qılan yaxınları tərəfindən göz yaşları içində son mənzilə yola salınıb.
TRT Haber
Xədicə Məhərrəmli