00:00:00
Yazar
Admin User
30.07.2025 17:52 99 1 dəq oxuma
Dünya

Qəzza konfransı nəticə vermədi

Qəzza konfransı nəticə vermədi

BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında keçirilmiş Yaxın Şərq sülh konfransı Qəzza zolağında döyüşlərə son qoymaqla bağlı heç bir praktiki nəticə vermədi.


"İnformator.az" xəbər verir ki, bunu Fələstinin Avstriyadakı səfiri və Vyanda BMT-nin daimi müşahidəçisi olan Salah Abdel Şafi “RİA Novosti”yə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, forumun siyasi əhəmiyyətinə baxmayaraq, əsas məsələlərdə real irəliləyiş əldə olunmayıb. Şafi həmçinin ABŞ-nin Yaxın Şərq sülh prosesi ilə bağlı mövqeyini kəskin tənqid edərək, bunu son dərəcə qəbuledilməz və beynəlxalq hüquqa zidd adlandırıb.

 

“ABŞ İsrailə qeyd-şərtsiz dəstək verməkdə davam edir - istər silah tədarükü, istər maliyyə, istər diplomatik, istərsə də siyasi yardım məsələlərində. Belə mövqe çox məyusedicidir”, - o deyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər