Qəzza müharibəsi yaxın həftələrdə başa çata bilər
ABŞ Prezidenti Donald Tramp Qəzza müharibəsinin yaxın həftələrdə sona çata biləcəyini açıqlayıb. O bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu ilə mütəmadi əlaqə saxlayır və münaqişənin tezliklə başa çatdırılması üçün çalışır.
Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın açıqlaması müəyyən şərtlərlə bağlıdır:
“Tramp Qəzza məsələsinin bitməsini istəyir, amma bu şərtlə ki, ordakı ərəblər İordaniya və Misirə köçürülsün. ABŞ-nin bu prosesdəki vasitəçi rolundan necə söhbət gedə bilər? Amerika Birləşmiş Ştatları bir az tünd siyasət yürüdəndə Qəzzada baş verənləri İran siyasətinin proksi qruplarının materialı olaraq hesab edir və prosesin genişləndirilməsində bəzən maraqlı tərəf kimi çıxış edir. Amma bölgədə uzunmüddətli sülhün yaranması mümkün deyil”.
Solmaz Muradova