00:00:00
Yazar
Admin User
05.01.2024 14:05 363 1 dəq oxuma
Dünya

Qəzza rəhbərliyi: Hücumlarda ölənlərin sayı 22 min 600-ə yüksəldi

Qəzza rəhbərliyi: Hücumlarda ölənlərin sayı 22 min 600-ə yüksəldi

Qəzzada Səhiyyə Nazirliyi, İsrail ordusunun son 24 saatda həyata keçirdiyi hücumlarda ölənlərin sayının 162 nəfər artaraq 22 min 600 nəfərə çatdığını bildirib.

 

Qəzzada Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrailin Qəzza zolağına 91 gündür davam edən hücumları ilə bağlı məlumat verilib.

 

Açıqlamada İsrailin Qəzza zolağına etdiyi hücumlarda son 24 saatda 162 fələstinlini öldürdüyü, 296 nəfərin yaralandığı bildirilib.

 

Açıqlamada İsrail qüvvələrinin son 24 saatda ailələrə qarşı 15 "qırğın" həyata keçirdiyi, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayının 22 min 600-ə, yaralıların sayının 57 min 910-a yüksəldiyi bildirilir.

 

Mənbə: TRT Haber

Tərcümə edən: Zəhra

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər