Qəzza şəhərinə bombardman gücləndirilib
İsrail qüvvələri Qəzza şəhərinə hücumlarını gücləndirib.Şiddətli hava zərbələri dalğası əvvəlki hərbi əməliyyatlardan kəskin fərqlənən yeni bir eskalasaiyanı göstərir.
Müharibənin əvvəlki mərhələlərindən fərqli olaraq, indiki hücum əsasən hava bombardmanlarına əsaslanır.
Son günlərdə zərbələrin intensivləşməsi mülki əhalinin kütləvi köçünə səbəb olub.İsrail Qəzza sakinlərinə dərhal ərazini tərk etməyi tapşırıb və böyük bir quru əməliyyata hazırlaşdığını deyib.
BBC News
Nərmin Nəcəfova