00:00:00
Yazar
Admin User
22.07.2025 15:52 87 1 dəq oxuma
Dünya

Qəzzada 24 saat ərzində onlarla hədəf vurulub

Qəzzada 24 saat ərzində onlarla hədəf vurulub

İsrail Müdafiə Qüvvələri (İDF) son 24 saat ərzində Qəzza zolağında onlarla hədəfə – yaraqlılar, minalanmış binalar, tank əleyhinə raket buraxılış məntəqələri, tunellər və digər hərbi infrastruktura hava zərbələri endirib.

 

Bildirilib ki, Qəzza zolağının cənubunda İDF qüvvələri əməliyyatlarını davam etdirir. Əsgərlər Xan Yunis şəhərində qumbaraatanlar, minaatan mərmiləri və radiostansiyalar aşkarlayıblar.

 

İsrail hərbçiləri, həmçinin Qəzza şəhərinin şərqində yerləşən Şucayya və Zeytun bölgələrində əməliyyatlarını davam etdirərək son sutkada 10-a yaxın silahlını zərərsizləşdiriblər.

 

Beyt Hanun şəhərində isə həm yerüstü, həm də yeraltı hərbi infrastrukturun məhv edilməsi istiqamətində tədbirlər görülür.

 

Mənbə :Caliber

Aytən Ağazadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər