Qəzzada aclıqdan ölənlərin sayı 367-yə çatıb
Soyqırımçı İsrailin hücumları və blokadası nəticəsində Qəzzada aclıqdan ölənlərin sayı 367 nəfərə yüksəlib. Son 24 saatda daha 6 nəfər, o cümlədən 1 uşaq aclıq və qida çatışmazlığı səbəbindən həyatını itirib.
Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına görə, 2023-cü il oktyabrın 7-dən bəri aclıqdan ölənlərin 131-i uşaqdır.
BMT-nin dəstəklədiyi İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatının (IPC) 22 avqust hesabatında Qəzzada aclığın “fəlakətli səviyyədə” – 5-ci səviyyədə olduğu bildirilib. 22 aylıq amansız münaqişə nəticəsində yarım milyondan çox insan aclıq və yoxsulluq şəraitində yaşamağa məcburdur.
TRT XƏBƏR
Ləman Mahmudlu