Qəzzada atışma nəticəsində onlarla fələstinli həlak olub
Qüds, CNN — Fələstin Səhiyyə Nazirliyi və Qəzzadakı Nasser xəstəxanasının verdiyi məlumata görə, Qəzzanın cənubunda yerləşən yardım paylanma məntəqəsinə gedən fələstinlilər ardıcıl üçüncü gündür ki, atəşə tutulub, nəticədə təxminən 30 nəfər həlak olub, onlarla insan yaralanıb.
Nazirlik bildirib ki, İsrail qüvvələri çərşənbə axşamı səhər saatlarında Rəfah şəhərinin Tel əl-Sultan məhəlləsində yerləşən paylama nöqtəsinə doğru gedən fələstinlilərə atəş açıblar.
İsrail ordusu isə bəyan edib ki, "təyin olunmuş keçid yollarından kənara çıxaraq onlara doğru hərəkət edən bir neçə şübhəli" müəyyən edildikdən sonra bir neçə dəfə atəş açıblar.
İsrail Müdafiə Qüvvələrinin (IMQ) açıqlamasında bildirilir: “Əsgərlər əvvəlcə xəbərdarlıq atəşi açıblar, lakin şübhəlilər geri çəkilmədikdə, onlara yaxın olan bir neçə nəfərə doğru əlavə atəş açılıb". Açıqlamada həmçinin hadisə zamanı itkilərlə bağlı məlumatların araşdırıldığı qeyd olunub. Fələstin Səhiyyə Nazirliyi və Qəzzadakı Nasser xəstəxanasının direktoru bildiriblər ki, azı 27 nəfər ölüb, onlarla insan yaralanıb. CNN-in əldə etdiyi görüntülərdə Xani Yunisdəki Nasser xəstəxanasına xəsarət alanların xərəkdə gətirildiyi görünür.
CNN News
Fatimə Heydərova