00:00:00
Yazar
Admin User
11.08.2025 10:57 100 1 dəq oxuma
Dünya

Qəzzada beş jurnalist öldürülüb

Qəzzada beş jurnalist öldürülüb

İsrailin Qəzza şəhərində Əl-Şifa xəstəxanası yaxınlığında jurnalistlərin çadırına hücumu nəticəsində ikisi Əl-Cəzirə müxbiri də daxil olmaqla beş jurnalist həlak olub.

 

Hücum zamanı öldürülən jurnalistlər arasında Qəzzadan reportaj hazırlayan kanalın aparıcı müxbirlərindən biri olan Enes Əl Şərif də var. Qətərdə yerləşən Əl-Cəzirə telekanalı, Ənəs əl-Şərifin dörd həmkarı ilə birlikdə: "İsrailin birbaşa hədəfə aldığı hücumda öldürüldüyünü”,-söyləyib.

 


Qəzzanın şimalından reportaj hazırlayan 28 yaşlı Əl-Cəzirə müxbiri Enes Əl Şərifin müxtəlif media qurumlarından olan qruplarla birlikdə Əl Şifa xəstəxanasının bağçasında çadırlarda olduğu bildirilib. İsrail ordusu “Əl-Cəzirə” telekanalının jurnalisti Ənəs əl-Şərifin birbaşa hədəfə alındığını etiraf edərək, Şərifin “Həmas terror təşkilatının rəhbəri” olduğunu iddia edib.

 

BBC
Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər