Qəzzada can itkisi 54 607 nəfərə çatıb
İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına başladığı hücumlar nəticəsində həyatını itirənlərin sayı 54 607 nəfərə, yaralananların sayı isə 125 341 nəfərə yüksəlib.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində İsrailin həyata keçirdiyi hücumlar nəticəsində daha 97 mülki şəxs həyatını itirib, 440 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Nazirlik dağıntılar altında və yollar üzərində hələ də cansız cəsədlərin olduğunu, təcili yardım və mülki müdafiə qruplarının bəzi ərazilərə çata bilmədiyini bildirib.
Qeyd edək ki, martın 18-də İsrailin birtərəfli şəkildə atəşkəsi pozmasından bu günə qədər baş verən hücumlar nəticəsində əlavə olaraq 4 335 nəfər həyatını itirib, 13 300 nəfər isə yaralanıb.
Beləliklə, 7 oktyabr 2023-cü ildən bəri davam edən hücumlar nəticəsində ümumi can itkisi 54 607 nəfərə, yaralıların sayı isə 125 341 nəfərə çatıb.
Haber Global
Mahmudlu Ləman