Qəzzada girov saxlanılan israillilərin yaxınları parlamentə basqın ediblər
HƏMAS-ın girov saxladığı israillilərin qohumları Qüdsdəki parlament binasına basqın edərək girovların xilas edilməsi üçün daha çox səy göstərilməsini tələb ediblər. Nümayişçilər parlamentin və baş nazir Netanyahunun evinin qarşısında da düşərgə qurublar.
Qəzzada HƏMAS tərəfindən əsir götürülən israillilərin qohumları Qüdsdəki parlament binasına basqın edərək, deputatlardan qohumlarını təcili olaraq xilas etmək üçün daha çox səy göstərmələrini istəyiblər.
20 nəfərlik qrupun iştirak etdiyi aksiyada 130 israillinin HƏMAS tərəfindən girov götürüldüyü məlum olduğu halda, oktyabrın 7-də HƏMAS-ın hücumu zamanı qaçırılan insanların fotoşəkillərini bir qadın qaldırıb.
NETANYAHUNUN EVİNİN QARŞINDA DÜŞƏRGƏ EDİRLƏR
Nümayişçilər "İndi onları buraxın" şüarları səsləndirib, həmçinin Baş nazir Benyamin Netanyahunun çimərlik evinin və Knesset binasının qarşısında düşərgə salıb, bəziləri müharibənin birtərəfli dayandırılmasını və ya hökumət dəyişikliyi ilə seçkilərin keçirilməsini istəyiblər.
Vüqar Alışov
