Qəzzada humanitar fasilə olmayacaq
Təl-Əviv – İsrail ordusu bildirib ki, Qəzzada bəzi ərazilərdə tətbiq edilən məhdud humanitar fasilələr Qəzza şəhərinə şamil olunmayacaq. Bu qərar təhlükəsizlik kabinetinin əməliyyatların genişləndirilməsi və şəhərə nəzarətin ələ keçirilməsi barədə qərarından sonra açıqlanıb.
Daha əvvəl İsrail gündə 10 saatlıq atəşkəs rejimini bəzi bölgələrdə tətbiq etib, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri həmin müddətdə havadan humanitar yardım çatdırıb.
Ordunun cümə günü verdiyi bəyanatda qeyd olunur:
“İsrail dövlətini qorumaq üçün Qəzza zolağında terror təşkilatlarına qarşı hərbi əməliyyatlar davam etdiriləcək. Bununla yanaşı, humanitar səylərə də dəstək veriləcək".
Bu addım həm ölkə daxilində, həm də beynəlxalq arenada tənqidlərin artmasına səbəb olub.
Qətərin paytaxtı Dohada İsrail və Həmas arasında aparılan dolayı atəşkəs danışıqları isə nəticəsiz qalıb.
Baş nazir Benyamin Netanyahu bir daha bəyan edib ki, müharibə yalnız Həmas tam şəkildə silahsızlaşdırıldıqdan sonra sona çatacaq.
ANEWZ
Güllər Gülhüseynova