Qəzzada minlərlə fələstinli evlərini tərk edib
Minlərlə fələstinli İsrailin gözlənilən quru hücumundan ehtiyat edərək Qəzza şəhərinin şərqini tərk edib qərb və cənuba üz tutub. İsrail ordusu bölgəni davamlı bombardman edir. Baş nazir Benyamin Netanyahu Qəzzanı HƏMAS-ın son böyük qalası adlandırıb. Ordu xəbərdarlıq edib ki, hücum girovların həyatını təhlükəyə ata və uzunmüddətli partizan döyüşlərinə səbəb ola bilər.
Müharibə nəticəsində şəhərin böyük hissəsi dağılıb, humanitar böhran dərinləşib. BMT bildirib ki, 1,35 milyon insan təcili sığınacağa ehtiyac duyur. Beyt Lahiyada son günlərdə minlərlə ailə evini tərk edib. Fələstinli sığınacaq müdiri Əhməd Mheisen çadırlara tələbatın 1,5 milyona çatdığını, lakin indiyədək cəmi 120 min çadırın daxil olmasına icazə verildiyini açıqlayıb. Qəzzada etiraz aksiyaları planlaşdırılır. Yerli iş adamı Tamer Burai vəziyyəti “edam hökmü gözləmək” kimi təsvir edib. O, valideynlərini və ailəsini təhlükədən qorumaq üçün cənuba köçürəcəyini bildirib. Sosial şəbəkələrdə də insanlar etirazlara qoşulmağa çağırış edirlər.
Reuters
Qəmər Kazımzadə