00:00:00
Yazar
Admin User
06.05.2025 19:21 170 1 dəq oxuma
Dünya

Qəzzada məktəbin bombalanması nəticəsində azı 20 nəfər ölüb

Qəzzada məktəbin bombalanması nəticəsində azı 20 nəfər ölüb

Qəzza zolağının mərkəzində yerləşən Əl-Bureyc düşərgəsində məcburi köçkünlərin yaşadığı məktəbin bombalanması nəticəsində azı 20 nəfər həlak olub.

“İnformator.az” xəbər verir ki, bu barədə Fələstinin “Əl-Əqsa” telekanalı məlumat yayıb.

 

“İsrailin köçkünlərin məskunlaşdığı məktəbə endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, aralarında uşaqlar da var, onlarla insan yaralanıb”,- deyə məlumatda qeyd edilib.

Telekanal həmçinin BMT, insan haqları və humanitar təşkilatları münaqişəyə son qoymaq və Qəzza zolağında sağ qalanları xilas etmək üçün təsirli addımlar atmağa çağırıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər