00:00:00
Yazar
Admin User
10.10.2025 17:08 115 1 dəq oxuma
Siyasət

Qəzzada sülh prosesi

Qəzzada sülh prosesi

 

Qəzza ilə bağlı yeni saziş ətrafında dünya ictimaiyyətinin diqqəti bir daha bu regiona yönəlib. ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bildirib ki, sazişin əsas məqsədlərindən biri girovların azad olunması və bölgədə sülhün bərpasıdır. O, həmçinin Qəzzanın yenidən qurulacağını və Yaxın Şərqdə sülhün bərqərar olacağına inandığını vurğulayıb. 

 

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə "İnformator.az"a açıqlamasında bildirib ki, Trampın vasitəçiliyi ilə 21 maddədən ibarət sülh planını artıq İsrail və Həmas qəbul edib:

 

"Türkiyə, Qətər və Misir də bu prosesi axıra qədər aktiv dəstəkləyir. Həm 21 maddədən ibarət bəndlərin yerinə yetiriləcəyi, həm də tərəflərin geri addım atmayacağı ehtimal olunur. Çünki iki ildən artıqdır ki, müharibə aparırlar və tərəflər demək olar ki, bir-birinə tam qalib gələ bilməyiblər. Həmas da yerində durub, İsrail də. Sadəcə burada əziyyət çəkən Həmas xalqı olub. İsrail ordusunu geri çəkəcək, Həmas da cəsədləri və girovları geri verəcək. İsrail həmçinin həbsdə olan fələstinliləri azad edəcək. Növbəti mərhələdə isə Həmas Qəzzadan idarəetməni təhvil verəcək. ABŞ Prezidentinin Yaxın Şərqə səfəri gözlənilir və bütün proses nəzarət altındadır. Bu proses uzunmüddətli etimadın formalaşmasına və bölgədə sülhün möhkəmlənməsinə gətirib çıxara bilər".

 


Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər