00:00:00
Yazar
Admin User
31.10.2025 16:45 44 1 dəq oxuma
Dünya

Qəzzada sabitləşdirmə qüvvələrinin yaradılması üzrə nazirlərin görüşünün vaxtı müəyyənləşib

Qəzzada sabitləşdirmə qüvvələrinin yaradılması üzrə nazirlərin görüşünün vaxtı müəyyənləşib

Türkiyənin xarici işlər naziri Hakan Fidan bazar ertəsi Qəzza zolağında atəşkəs və vəziyyətin nizamlnması üzrə əlavə addımları müzakirə etmək üçün bir neçə ölkənin xarici işlər nazirlərinin görüşünün keçiriləcəyini açıqlayıb.


"İnformator.az" "Al Arabiya"ya istinadən xəbər verir ki, Fidan Ankarada keçirdiyi mətbuat konfransında görüşdə daha əvvəl - sentyabr ayında Nyu Yorkda ABŞ Prezidenti Donald Trampla görüşmüş xarici işlər nazirlərinin iştirak edəcəyini bildirib.


O, müzakirələrin atəşkəsin qorunması, eləcə də Qəzza üzrə işçi qrupunun yaradılması və sabitləşdirmə qüvvələrinin formalaşdırılması məsələlərinə yönələcəyini bildirib.


Türkiyə XİN başçısı vurğulayıb ki, Ankara atəşkəs rejiminin qorunub saxlanmasından narahatdır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər