00:00:00
Yazar
Admin User
08.07.2025 17:00 94 1 dəq oxuma
Dünya

Qəzzada uşaqların həyatı müharibə ilə damğalanıb

Qəzzada uşaqların həyatı müharibə ilə damğalanıb

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və Bayındırlıq Agentliyi (UNRWA), Qəzza Zolağındakı əhalinin yarısını təşkil edən uşaqların həyatlarının müharibə və dağıntı ilə damğalandığını bildirib.

UNRWA, Qəzzadaki uşaqların vəziyyətinə dair yazılı açıqlama yayıb.

Qəzzada təxminən 1 milyon uşağın yaşadığı bildirilən açıqlamada, bu uşaqların həyatlarına damğa vuran şeyin "müharibə və dağıntı" olduğuna diqqət çəkilib.

Açıqlamada, uşaqların zamanlarının çoxunu məktəb xaricində keçirdikləri, dəfələrlə yerindən-yurdundan didərgin salındıqları və demək olar ki, heç bir qidalarının olmadığı vurğulanıb.

Qəzza Zolağındakı uşaqlar üçün atəşkəsin əhəmiyyətinə işarə edilən açıqlamada, bunun bölgənin daha yaxşı bir gələcəyə çatması üçün zəruri olduğu qeyd olunub.

Dünya Səhiyyə Təşkilatının (DST) Baş direktoru Tedros Adhanom Ghebreyesus, Cenevrədə 27 iyun tarixində keçirdiyi həftəlik mətbuat konfransında Qəzzada ilin əvvəlindən bu yana gündə orta hesabla 112 uşağın kəskin qidalanma çatışmazlığı səbəbiylə xəstəxanaya yerləşdirildiyini açıqlanıb.


TRT Haber
Xəlilli Nigar

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər