00:00:00
Yazar
Admin User
21.08.2025 17:05 94 1 dəq oxuma
Dünya

Qəzzada xəstəxanalar çətin vəziyyətdə

Qəzzada xəstəxanalar çətin vəziyyətdə

İsrailin davam edən hava hücumları nəticəsində Qəzzada dağıntılar altından xilas edilən fələstinli qadın Saja Həmad ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. O, hadisə anını belə təsvir edib: “Üzərimə daşlar uçdu, nəfəs ala bilmirdim, ailəmin öldüyünü düşündüm".

 

Onun bacısı Saada Həmad bildirib ki, Saja xilas edilərkən çanaq sümüyü sınıb və başından yaralanıb. Saada həmçinin ailəsinin artıq 14 dəfə köçkün düşdüyünü vurğulayıb: “Evimiz, əşyalarımız yoxdur. Daha gücüm qalmayıb. Gedəsi deyiləm, öz evimdə ölmək istəyirəm".

 

Qəzzada xəstəxanalar kritik vəziyyətdədir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda 36 xəstəxanadan yalnız 19-u fəaliyyət göstərir və 2 milyondan çox insana cəmi 2 min çarpayı ilə xidmət edir. UNICEF-in iyul 2025-ci il hesabatında qeyd olunur ki, Qəzzada xəstəxanalar gün ərzində səkkizə qədər kütləvi yaralı hadisəsi ilə üzləşir, xüsusilə də uşaqlar arasında qidalanma çatışmazlığı böhran həddindədir.

 

ANEWZ 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər