00:00:00
Yazar
Aysel Mirzəyeva
10.04.2026 17:21 16 2 dəq oxuma
İqtisadiyyat

“Rəqəmsallaşma bank sektorunda inkişafı sürətləndirir” - ŞƏRH

“Rəqəmsallaşma bank sektorunda inkişafı sürətləndirir” - ŞƏRH

Azərbaycan Banklar Assosiasiyası (ABA) nümayəndə heyəti beynəlxalq təcrübə mübadiləsi proqramları çərçivəsində Yaponiyaya işgüzar səfər həyata keçirib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı ekspert İsmayıl Məmmədov bildirib ki, Azərbaycan üçün Yaponiya rəqəmsal bankçılıq və innovasiya nümunəsidir:

 

“2025-ci ilin dekabr ayına olan məlumata görə, Azərbaycan bank sektorunun ümumi aktivləri 58,7 milyard manat təşkil edir və bu, illik təxminən 10% artım deməkdir. Sektor üzrə 22 bank fəaliyyət göstərir və onların filial şəbəkəsi 496 məntəqədən ibarətdir. Azərbaycan Mərkəzi Bankının 2024-2026-cı illər üçün strategiyası ‘açıq bankçılıq’, rəqəmsal xidmətlərin genişləndirilməsi və beynəlxalq standartlara uyğunlaşmanı əsas prioritet kimi müəyyən edib. 2025-ci ildə artım müşahidə olunsa da, dayanıqlı inkişaf üçün yeni yanaşmalar vacibdir. Bu baxımdan Yaponiya təcrübəsi xüsusi əhəmiyyət daşıyır. Yaponiya dünyanın ən iri maliyyə bazarlarından biridir və 2025-ci ilin birinci rübünə görə maliyyə institutlarının aktivləri 4,433 trilyon yen təşkil edir. Burada əsas üstünlük ənənəvi bankçılıqdan rəqəmsal və innovativ modelə keçiddir”.

 

Həmçinin ekspert bildirib ki, rəqəmsallaşma və innovasiya bank sektorunun gəlirliliyini artırır:

 

“Yaponiyada bankların maliyyə göstəricilərində də artım müşahidə olunur. 2025-ci ilin martına görə 107 bank üzrə orta ROE 8,09% təşkil edib. Sumitomo Mitsui Banking Corporationda bu göstərici 13,50%, Rakuten Bankda isə 16,4%-ə çatır. Bu nəticələr rəqəmsallaşmanın və yeni biznes modellərinin effektivliyini göstərir. Yaponiya bankları yalnız kreditləşmə ilə kifayətlənmir, həm də investisiya və startap ekosistemini dəstəkləyir. Eyni zamanda, biznes dəyərinə əsaslanan kredit modelləri tətbiq edilir. Dünya Bankının araşdırmalarına görə, texniki yardım və təcrübə mübadiləsi uzunmüddətli dövrdə bank sektorunda gəlirliliyi artırır”.

Arzu Poladova

#“rəqəmsallaşma #baki #yeni #inkişafı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər