Əraqçi və İshaq Dar İranla ABŞ arasında əldə olunan atəşkəsi müzakirə ediblər
İranın xarici işlər naziri Abbas Əraqçi ilə pakistanlı həmkarı Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında yazıb.
Söhbət zamanı regional hadisələr və İranla ABŞ arasında razılaşdırılan atəşkəslə bağlı məsələlər müzakirə olunub.