00:00:00
Yazar
Elmira Ağayeva
20.04.2026 22:07 25 2 dəq oxuma
Siyasət

“Razılaşma olmazsa, İrana ağır zərbələr endiriləcək”- Tramp

“Razılaşma olmazsa, İrana ağır zərbələr endiriləcək”- Tramp

ABŞ Prezidenti Donald Tramp İranın atəşkəsi pozduğunu iddia edib. O bildirib ki, razılaşma əldə olunmasa, Vaşinqton İranın strateji obyektlərini hədəf ala bilər. Tramp Hörmüz boğazındakı gərginliyi əsas gətirərək ABŞ-nin təklif etdiyi planı “ədalətli” adlandırıb və Tehranı nəticələrlə hədələyib. Onun nümayəndə heyətinin danışıqlar üçün İslamabada yola düşdüyü bildirilir.

 

Milli Məclisin deputatı Arzuxan Əlizadə “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və İran arasında ilk danışıqlar aprelin 11-də İslamabadda keçirilib:

 

“Tərəflər yüksək səviyyəli nümayəndə heyətləri ilə təmsil olunub. Aprelin 8-də elan edilən iki həftəlik atəşkəs aprelin 21-də başa çatır və ikinci raundun da həmin gün keçirilməsi gözlənilir. ABŞ vitse-prezidenti Cey Di Vensin rəhbərlik etdiyi nümayəndə heyəti artıq İslamabaddadır. Lakin İran danışıqlardan imtina etdiyini açıqlayıb. Tehran tərəfi ABŞ-ni ardıcıl olmamaqda ittiham edir. İran iddia edir ki, atəşkəs dövründə onların gəmisi vurulub və Hörmüz ətrafında hərbi dəniz blokadası tətbiq edilib. Buna görə danışıqlara başlamaq üçün blokadanın aradan qaldırılmasını əsas şərt kimi irəli sürür. Hörmüz boğazının bağlanması isə qlobal enerji bazarına ciddi təsir göstərir. Neft daşımalarının təxminən 30 faizi bu marşrutla həyata keçirilir”.

 

 

Ekspertin sözlərinə görə, gərginlik fonunda böyük neft şirkətləri alternativ investisiya istiqamətləri axtarmağa başlayıb:

“Xüsusilə, Afrika və Cənubi Amerika ölkələrinə yönəlmə müşahidə olunur. Tərəflər arasında əsas ziddiyyətlər qalır. ABŞ zənginləşdirilmiş uranın üçüncü tərəfə verilməsini tələb edir. İran isə bunu qəbul etmir və uranın “vətən qədər dəyərli” olduğunu bildirir. Tehran həmçinin dondurulmuş 20 milyard dollarlıq vəsaitin açılmasını istəyir.Vəziyyəti daha da gərginləşdirən isə İsrail faktorudur. İsrail danışıqları səmərəsiz hesab edir və İran rejiminə qarşı daha sərt mövqe tutur.

İran daxilində iqtisadi vəziyyət də ağır olaraq qalır. Zərər görən obyektlər, valyuta ucuzlaşması və işsizlik artımı müşahidə edilir. Buna baxmayaraq, Sepah rəhbərliyi mübarizəni davam etdirməyə hazır olduğunu bildirir. ABŞ-də isə Tramp administrasiyası konqresin birbaşa razılığı olmadan prosesi davam etdirir və danışıqlarda üstünlük əldə etməyi hədəfləyir”.

 

Mələk Hüseynova

 

#İran #ABŞ #Siyasət #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər