Razılaşmağa yaxın idik, ABŞ müdaxilə edib
İran və AB ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) İranın nüvə proqramı ilə bağlı razılığa gəlməyə yaxın idilər, lakin ABŞ müdaxilə edib və Vaşinqtonun təzyiqi ilə Avropa ölkələri geri çəkilib.
"İnformator.az" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib:
"Nyu Yorkda avropalılarla “snapback” (avtomatik sanksiya mexanizmi) haqqında danışanda biz razılığa olduqca yaxın idik, lakin sonra onlar amerikalılarla danışıblar və bəhanələr axtararaq fikirlərini dəyişiblər".