Ərəb Liqasının baş katibi ilk Rusiya-Ərəb sammitində iştirak edəcək
“Sammit Ərəb ölkələri ilə Rusiya arasındakı yaxşı münasibətlərin zirvəsi olacaq” – Vəlid Hamed Şiltax bildirib.
“Ərəb Liqasının Baş katibi Əhməd Abul Qeyt oktyabrın 15-də Moskvada keçiriləcək ilk Rusiya–Ərəb sammitində iştirak edəcək,” – Rusiyadakı Ərəb Liqasının missiyasının rəhbəri Vəlid Hamed Şiltax İzvestiya qəzetinə bildirib.
O qeyd edib ki, sammit Ərəb ölkələri ilə Rusiya arasındakı yaxşı münasibətlərin zirvəsi olacaq.
Diplomat vurğulayıb ki, Ərəb Liqası sammitdə aktiv və əsas tərəfdaş olacaq və belə tədbirlərin hər il keçirilməsinə ümid etdiyini ifadə edib.
Tass
Arzu ibrahimova