00:00:00
Yazar
Admin User
04.06.2025 14:06 163 1 dəq oxuma
Dünya

Rəcəb Tayyib Ərdoğan İran prezidenti Pezeşkiyan ilə görüşüb

Rəcəb Tayyib Ərdoğan İran prezidenti Pezeşkiyan ilə görüşüb

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti Məsud Pezeşkiyan ilə telefonda danışıb.

 

Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, Ərdoğan ilə Pezeşkiyan arasında baş tutan telefon danışığında Türkiyə ilə İran arasındakı ikitərəfli münasibətlər, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.

 

Prezident Ərdoğan danışıq zamanı bildirib ki, qarşıdakı dövrdə Türkiyə ilə İran arasındakı münasibətlərin institusional çərçivəsini gücləndirəcək addımlar üçün işlərini davam etdirirlər.

 

Ərdoğan eyni zamanda İran Prezidenti Pezeşkiyanı Qurban bayramı münasibətilə təbrik edib.

 

TRT XƏBƏR

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər