00:00:00
Yazar
Səmayə Səftərova
28.10.2026 21:47 38 1 dəq oxuma
Siyasət

Ərdoğan Ankarada Tokayevlə görüşüb

 

Ərdoğan Ankarada Tokayevlə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə görüşüb.

 "İnformator.az" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, liderlər Türkiyə-Qazaxıstan ikitərəfli əlaqələrini, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan görüşdə Türkiyə ilə Qazaxıstanın ticarət, investisiya, enerji, nəqliyyat və müdafiə sənayesi başda olmaqla, əməkdaşlığı bütün sahələrdə inkişaf etdirəcək addımlar atılacağını bildirib.

O, Tokayevi Antalyada keçiriləcək COP31 Liderlər Sammitinə də dəvət edib.

#Türkiyə #asım-Jomart Tokayev #Rəcəb Tayyib Ərdoğan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər