Ərdoğan: Bölgə yenidən gərginlik içindədir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bölgədə artan münaqişələr və İrana qarşı başlayan müharibə regionda gərginliyi daha da artırıb. Onun sözlərinə görə, problemlərin danışıqlar yolu ilə həlli mümkün olduğu halda yanlış addımlar vəziyyəti ağırlaşdırıb.
Ərdoğan qeyd edib ki, Türkiyə münaqişənin böyüməməsi üçün diplomatik səylərini davam etdirir və regionda sülh və sabitliyin təmin olunmasının tərəfdarıdır.
TRT Haber
Mələk Hüseynova