00:00:00
Yazar
Aise Mustafayeva
21.10.2026 21:00 14 1 dəq oxuma
Dünya

Ərdoğan müxalifətə çağırış edib: “Bu millətin qardaşlığından əl çəkin”

 

Ərdoğan müxalifətə çağırış edib: “Bu millətin qardaşlığından əl çəkin”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifəti cəmiyyətdə qütbləşməni artıran açıqlamalardan çəkinməyə çağırıb.

 

Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) parlament qrup toplantısında çıxışı zamanı müxalifətin “müharibədəyik” bəyanatına münasibət bildirib. O, siyasətdə məsuliyyətli davranışın vacibliyini vurğulayaraq, insanları bölmək və qarşı-qarşıya qoymaqla heç bir nəticə əldə etməyin mümkün olmadığını deyib.

 

Prezident çıxışında İstanbulda baş verən sel və daşqınlardan zərər çəkən vətəndaşlara göstərilən yardımdan, Suriyadakı vəziyyətdən və Türkiyədə müzakirə olunan investisiya fondları məsələsindən də danışıb.

 

Ərdoğan Türkiyədə ictimai həmrəyliyin, sabitliyin və siyasi məsuliyyətin qorunmasının vacibliyini qeyd edib.

 

TRT Haber 

Aişə Mustafayeva 

#millətin #ərdoğan #edib: #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər