Ərdoğan Nyu-Yorkda Fransa prezidenti ilə görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahında Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, liderlər regional məsələləri, həmçinin iki ölkə arasındakı münasibətləri müzakirə ediblər.