00:00:00
Yazar
Admin User
31.08.2025 08:26 109 1 dəq oxuma
Dünya

Ərdoğan Putinlə görüşdə Ukrayna məsələsini gündəmə gətirəcək

Ərdoğan Putinlə görüşdə Ukrayna məsələsini gündəmə gətirəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çində Rusiya lideri Vladimir Putinlə görüşündə Rusiyaya Ukraynadakı münaqişənin həllində kömək etməyi təklif edəcək.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

 

Nəşrdə deyilir ki, Ərdoğan Türkiyənin Rusiya ilə Ukrayna arasında sülh danışıqlarına hər cür töhfə verməyə hazır olduğunu qeyd edəcəyi gözlənilir. Qeyd edək ki, avqustun 30-da Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Çinə yola düşüb. Burada onun Vladimir Putinlə də görüşü planlaşdırılıb. Ərdoğanın sentyabrın 1-də Çinin Tyantszin şəhərində keçiriləcək sammitin genişləndirilmiş iclasında çıxış edəcəyi və digər dövlət liderləri ilə görüşlər keçirəcəyi gözlənilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər