Ərdoğan: Türkiyə həm daxildə, həm də qlobal miqyasda inkişafını davam etdirir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkə həm beynəlxalq aləmdə nüfuzunu artırır, həm də daxildə investisiya və inkişaf səylərini fasiləsiz davam etdirir.
Cumhuriyyətin 102-ci ildönümü münasibətilə dövlət rəsmiləri ilə birlikdə Anıtkabiri ziyarət edən Ərdoğan Atatürkə və şəhidlərə ehtiramını ifadə edib. Prezident Anıtkabir Xüsusi Qonaq Dəftərinə yazdığı qeyddə qeyd edib ki, Türkiyə “müasir sivilizasiyalar səviyyəsini aşmaq” məqsədilə qətiyyətlə çalışır.Ərdoğan həmçinin vurğulayıb ki, ölkənin inkişafı istiqamətində qarşıya çıxan maneələrə baxmayaraq, hökumət “böyük və güclü Türkiyə” hədəfindən dönməyəcək və bu yolu xalqın dəstəyi ilə davam etdirəcək.
CNN
Mələk Hüseynova