00:00:00
Yazar
Admin User
08.08.2025 15:36 41 1 dəq oxuma
Dünya

Ərdoğan: Türkiyə sülh danışıqlarında axtarılan tərəfdir

Ərdoğan: Türkiyə sülh danışıqlarında axtarılan tərəfdir

"Türkiyə xarici ticarətdə rekorda imza atıb. Milli gəlirimiz ilk dəfə olaraq 1 trilyon dolları ötərək 1 trilyon 371 milyard dollara çatıb".


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

O qeyd edib ki, Türkiyə istehsal gücünü xeyli artırıb.

 

"Dünyada davam edən münaqişələrin yaratdığı narahatlığın fərqindəyik. Biz geosiyasi riskləri də yaxşı başa düşürük. Bütün potensial imkanları nəzərə alaraq ölkəmizi qlobal sistemdə ən yaxşı mövqedə yerləşdirməyə çalışırıq. Ölkəmizi gərginlikdən uzaq saxlayaraq insan həyatını və ləyaqətini üstün tutan siyasət yürüdürük.


Ölkəmizə üz tutanlar üçün ən yaxşısını həyata keçiririk. Hətta rəqiblərimiz də Türkiyə haqqında yüksək fikirlər söyləyirlər. Türkiyə sülh danışıqlarında axtarılan tərəfdir. Bu gün Türkiyə özünə inanır, arxayındır və hədəflərinə doğru möhkəm addımlayır", - Ərdoğan bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər