Ərdoğan: Təhsilin əsas mövzusu ailə və yaşıl vətən
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib: “Təhsil fəaliyyətlərinin əsas mövzusu ailə və yaşıl vətən olaraq müəyyən edilib. Hər uşaq bir fidan – ilk dərs yaşıl vətən başlığı ilə məktəblərdə tədbirlər keçiriləcək”.
2025–2026-cı tədris ilinin açılış mərasimində – Mümtaz Turhan Sosial Elmlər Liseyində çıxışına Milli Təhsil Nazirliyinin əməkdaşlarını, müəllimləri, şagirdləri və ailələri səmimi salamlayaraq başlayan Prezident Ərdoğan, yeni tədris ilinin xeyirli olmasını arzulayıb.
Çıxışının əvvəlində İzmir’dəki polis bölməsinə qarşı hücuma toxunan Ərdoğan deyib: “Bu səhər İzmir’dən hamımızı dərindən sarsıdan acı bir xəbər aldıq. Balçova Salih İşgören Polis Bölməsinə edilən silahlı hücum nəticəsində iki polisimiz şəhid olub, iki polis əməkdaşımız isə yaralanıb”.
TRT Haber
Səadət Əlizadə