Ərdoğan: TİSK-dən minimum əməkhaqqına dəstək gözləyirəm
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib: “Sabah Minimum Əməkhaqqı Təyin Komissiyası ilk iclasını keçirəcək. Komissiya işlərində işəgötürənləri təmsil edən TİSK heyətindən məsuliyyət göstərmələrini gözləyirəm. İşçi qardaşlarımız üçün atacağınız hər müsbət addım sizə məhsuldarlıq, qazanc və bərəkət olaraq qayıdacaq”.
Prezident Rəcəb Tayyib Ərdoğan, ATO Congresium-da keçirilən “TİSK 29-cu Ənənəvi Ümumi Qurultayı” nda çıxış edib.
Ərdoğanın çıxışından önə çıxan məqamlar:
“Türkiyə İşəgötürən Təşkilatları Konfederasiyasının dəyərli üzvləri, hörmətli qonaqlar, xanımlar və cənablar, sizləri ən səmimi hisslərimlə, hörmət və məhəbbətlə salamlayıram. 29-cu Ümumi Qurultay münasibətilə TİSK ailəsinin siz seçkin üzvləri ilə bir araya gəlməkdən böyük məmnuniyyət duyuram. Ümumi Qurultayın ölkəmiz, millətimiz, işəgötürənlərimiz və əmək həyatımızın bütün tərəfdaşları üçün xeyirli olmasını arzulayıram. Burada aparılacaq müzakirələrin, veriləcək qərarların və müəyyənləşdiriləcək yol xəritəsinin işçisi, işəgötürəni, həmkarlar ittifaqları və bütövlükdə iş dünyamız üçün faydalı nəticələr gətirməsini könüldən diləyirəm”.
TRT Haber
Səadət Əlizadə