00:00:00
Yazar
Admin User
26.09.2025 17:04 68 2 dəq oxuma
Dünya

Ərdoğan-Tramp görüşü dünya mediasında geniş işıqlandırılıb!

Ərdoğan-Tramp görüşü dünya mediasında geniş işıqlandırılıb!

Prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Trampın Ağ Evdə keçirdiyi kritik görüş mediada geniş işıqlandırılıb. Mətbuat təhlili görüşü həm diplomatik manevrlər, həm də regional tarazlıqlar baxımından “fəslin yenidən açılması” kimi qiymətləndirib.

 

Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında sentyabrın 25-də Ağ Evdə keçirilən görüş dünya mediasında geniş işıqlandırılıb. Görüş xarici media tərəfindən Ankara ilə Vaşinqton arasında uzun müddətdir davam edən gərginliyin azaldılması istiqamətində atılan addım kimi qiymətləndirilsə də, Qərb mediasında ən çox diqqət çəkən həssas mövzular Rusiya ilə münasibətlər və enerji asılılığı olub.

 

Bəzi tanınmış beynəlxalq media qurumlarının qiymətləndirmələrini təqdim edirik:

 

Reuters: "Ağ Evdə keçirilən iclasda əsas gündəm mövzusu Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi almasından sonra tətbiq edilən F-35 sanksiyaları olub. Liderlər iki ölkə arasında müdafiə sənayesi ilə bağlı fikir ayrılıqlarını həll etməyə çalışıblar".

 

Associated Press: "Tramp administrasiyası Türkiyəyə F-35 satışına qoyulan qadağanı aradan qaldırmağı nəzərdən keçirdiyini açıq şəkildə bildirdi. Lakin Vaşinqton Rusiyanın enerji və müdafiə ilə sıx əlaqələri ilə bağlı narahatlıqlarını da dilə gətirib".

 

Washington Post: "Görüşdə Qəzza böhranı və Yaxın Şərqdə sülh axtarışları da ön plana çıxdı. Tramp Türkiyənin vasitəçilik rolunu "vacib və dəyərli" olaraq xarakterizə edib".

 

Wall Street Journal: "Tramp F-35-lərin Türkiyəyə satışını yaşıl işıqlandıra biləcəyini söylədi, eyni zamanda Ərdoğanın Rusiya neftini almağa davam etməsini tənqid etdi. Bu, Vaşinqtonun Ankara ilə bağlı təhlükəsizlik narahatlıqlarının davam etdiyini göstərir".

 

El Pais: "Tramp Türkiyə ilə müdafiə sahəsində əməkdaşlığı canlandırmaq istəyən Ərdoğana Rusiyadan enerji alışını məhdudlaşdırması üçün təzyiq etdi. Bu addım NATO daxilində güc balansına da təsir edə bilər".

 

Əl-Cəzirə: "Görüş zamanı F-35 proqramına qayıdış müzakirələri qədər Qəzza və regional sülh təşəbbüsləri də ön plana çıxdı. Tramp Türkiyənin diplomatik roluna toxundu və onu "əsas aktor" olaraq qiymətləndirib".

 

Mənbə: Haber Qlobal

Gülay Səlifova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər