00:00:00
Yazar
Admin User
21.09.2025 07:24 92 1 dəq oxuma
Dünya

Ərdoğan Trampla müzakirə edəcəyi mövzuları açıqlayıb

Ərdoğan Trampla müzakirə edəcəyi mövzuları açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-li həmkarı Donald Tramp arasında sentyabrın 25-də Vaşinqtonda görüş keçiriləcək.

 

"İnformator.az" xəbər verir ki, Türkiyə lideri bu barədə ABŞ-yə yola düşmədən öncə Atatürk Hava Limanında keçirdiyi mətbuat konfransında danışıb.

 

O qeyd edib ki, Trampla görüşündə regional məsələlər ön planda olacaq.

 

"Bölgəmizdə münaqişə və gərginliyin azaldılmasında biz liderlərə böyük məsuliyyət düşür", - Ərdoğan bildirib.

 

O həmçinin Nyu-Yorkda da bir sıra dövlət və hökumət başçıları və iş adamları ilə görüşlər keçirəcəyini vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər