00:00:00
Yazar
Admin User
01.09.2025 14:00 63 1 dəq oxuma
Dünya

Ərdoğan və Putin Çində görüşüb

Ərdoğan və Putin Çində görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Çinin Tiencin şəhərində görüşüblər.

 

Putin görüşün mətbuata açıq hissəsində deyib: "Enerji tərəfdaşlığımız stratejidir. Rusiya fasiləsiz şəkildə Qara dəniz vasitəsilə Türkiyəyə qaz təchiz edir." Rusiya lideri Ərdoğana Ukrayna böhranının həllində göstərdiyi diplomatik və siyasi töhfələrə görə təşəkkür edib.

 

Ərdoğan isə Putinə belə deyib: "Sizi Türkiyəyə dəvət etmək istəyimizi bilirsiniz. Dəvətim qüvvədədir. Sizi ən qısa zamanda ölkəmizdə gözləyirik. Aramızda etimada əsaslanan səmimi münasibət var. Münasibətlərimiz situativ sınaqlardan təsirlənmədən inkişaf edir." Görüş Rusiya-Ukrayna müharibəsinin bitməsinə dair ümidlərin azaldığı bir dövrdə baş tutub.

 

BBC News

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər