00:00:00
Yazar
Admin User
25.09.2025 18:27 84 1 dəq oxuma
Dünya

Ərdoğan və Tramp Ağ evdə

Ərdoğan və Tramp Ağ evdə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın Ağ Evdəki görüşü başlayıb. İki lider görüşdən əvvəl Oval Ofisdə jurnalistlərə açıqlamalar veriblər.  

 

Ərdoğan görüşdə Halkbank və hərbi təyyarələr də daxil olmaqla bir çox məsələni müzakirə edəcəklərini bildirib. Tramp isə ABŞ-nin Türkiyəyə tətbiq etdiyi sanksiyalarla bağlı sualı cavablandırarkən deyib: “Əgər görüşümüz yaxşı keçsə, sanksiyaları dərhal qaldıra bilərik". Xatırladaq ki, Tramp administrasiyası 2019-cu ildə Türkiyənin Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemlərini ərazisinə yerləşdirməsindən sonra Ankaranı "ABŞ-nin rəqiblərinə sanksiyalarla cavab verilməsi qanunu" (CAATSA) çərçivəsində sanksiyalara məruz qoyub.

 

 BBC NEWS

 Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər