Ərdoğan və Zelenski arasında telefon danışığı baş tutub
Ukraynada Rusiya tərəfindən “Bayraktar” dronlarının istehsal olunduğu zavodun vurulması xəbərləri fonunda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb. Danışıqlar zamanı iki ölkə arasında mövcud olan Ukrayna-Rusiya münasibətləri müzakirə olunub.
Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Türkiyə, Ukraynaya birbaşa hərbi yardım göndərən ilk dövlətdir:
"2020-ci ildə Ukrayna-Rusiya müharibəsi başlayandan sonra, Avropa İttifaqına üzv dövlətlər və ABŞ-dən əvvəl, birinci olaraq hərbi yardım edən ölkə Türkiyə olub. Bildiyiniz kimi, 2022-ci ildə Türkiyə ilə Ukrayna arasında hərbi-texniki yardım haqqında müqavilə imzalanıb. Həmin müqavilə əsasında Kiyevin yaxınlığında Türkiyə-Ukrayna birgə məhsulu olan xüsusi bir obyektin tikintisi başlayıb. Yaxın günlərdə gözlənilirdi ki, bu obyekt istifadəyə veriləcək. Lakin Rusiya Silahlı Qüvvələrinin Ukraynanın müvafiq ərazilərini atəşə tutması və Türkiyə-Ukrayna birgə məhsulu olan obyektin vurulması, əlbəttə ki, Türkiyə üçün qəbuledilməzdir".
Ekspert həmçinin bunu da bildirib ki, böyük ehtimalla, Rusiya və Ukrayna Prezidentlərinin birinci görüşü keçiriləcək. Bu görüşün yeri çox güman ki, Türkiyə olacaq:
"Həmçinin, nəzərə alsaq ki, bu görüş iki dövlətin liderlərinin təkbətək görüşünü nəzərdə tutur, böyük ehtimalla Cənab Ərdoğan da iştirak edəcək. Bundan əlavə, ilk görüşdə Cənab Trampın da iştirak edə biləcəyi bildirilir. 2025-ci ildə Cənab Trumpın ikinci seçki dönəmindən sonra, Türkiyə prezidenti Cənab Ərdoğan və Cənab Trump arasında rəsmi əlaqələrin güclənəcəyi ehtimal olunur. Bütün bunlar nəzərə alınarsa, Rusiya və Ukrayna liderlərinin görüşünün Türkiyədə baş tutması ehtimalı böyükdür. Bu, həmçinin Cənab Trumpın Türkiyədəki rəsmi fəaliyyətlərinin başlanğıcı ola bilər".
Güllər Gülhüseynova