Ərdoğan: Yüz minlərlə insanımızın əziyyət çəkdiyi o dəhşətli günləri heç vaxt unutmayacağıq
Prezident Rəcəb Tayyib Ərdoğan 12 Sentyabr Hərbi Çevrilişinin 45-ci ildönümü ilə əlaqədar müraciətində “Yüz minlərlə xalqımızın qurban getdiyi, minlərlə vətəndaşımızın işgəncələrə məruz qaldığı, ölümə məhkum edildiyi, əzablara məruz qaldığı o taleyüklü günləri heç vaxt unutmayacağıq”, - deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan 12 Sentyabr Hərbi çevrilişinin 45-ci ildönümü ilə əlaqədar sosial media hesabından mesaj paylaşıb.
Demokratiya tarixinə qara ləkə olan 12 Sentyabr Hərbi Çevrilişindən 45 il keçdiyini qeyd edən Ərdoğan, “Yüz minlərlə insanımızın qurban getdiyi, minlərlə vətəndaşımızın işgəncələrə məruz qaldığı, ölüm cəzası ilə mühakimə olunduğu, əzab çəkdiyi o taleyüklü günləri heç vaxt unutmayacağıq”,-deyib.
Ərdoğan mesajında, "Çevrilişlər, memorandumlar və küçə etirazları ilə Türkiyənin gələcəyinə qurulan tələləri hər zaman xatırlasaq da, bir daha oxşar vəziyyətlərlə qarşılaşmamaq üçün lazım olan hər cür tədbiri görməyə davam edəcəyik. Ölkəmizin inkişafının və tərəqqinin qeyri-demokratik üsullarla kəsilməsinə bir daha imkan verməyəcəyik",-deyib.
TRT XƏBƏR
Nəzrin Nəsirova