00:00:00
Yazar
Admin User
19.11.2025 17:12 102 1 dəq oxuma
Dünya

Ərdoğan – Zelenski görüşü: İki liderdən sülh və atəşkəs çağırışı

Ərdoğan – Zelenski görüşü: İki liderdən sülh və atəşkəs çağırışı

Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və türk heyəti ilə Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması məsələsini müzakirə etmək üçün görüş keçirib. 19 noyabrda baş tutan birgə mətbuat konfransında Prezident Ərdoğan bildirib: “Atəşkəsi sürətləndirəcək, ədalətli və daimi sülhün yolunu açacaq təklifləri Rusiya ilə də müzakirə etməyə hazırıq”.

 

Zelenski isə “Təcili sülhün əldə olunması və bunun təhlükəsizlik zəmanətləri altına alınması üçün çalışırıq”,- deyə vurğulayıb. Prezident Ərdoğan çıxışında həmçinin Ukraynanın yenidən qurulmasında töhfə verməyi hədəflədiklərini və ABŞ-nin sülh prosesinə daxil olmasının əhəmiyyətini qeyd edib.

 

 

 BBC NEWS

 Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər