Ərdoğandan diplomatiya tıxacı
Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Dövlət Başçısı Vladimir Putin və Niderlandın Baş naziri Dik Sxof ilə telefonla danışıb.
İqtisadiyyat və ticarət başda olmaqla Türkiyə-Rusiya ikitərəfli münasibətləri, eləcə də Alyaska sammitinin nəticələri Ərdoğan–Putin telefon danışığında müzakirə olunub – bu barədə İletişim Başkanlığının açıqlamasında bildirilib.
Prezident Ərdoğan qeyd edib ki, barış prosesinə dair inkişafları yaxından izləyir, Türkiyə müharibənin əvvəlindən etibarən ədalətli sülhə nail olunması üçün səmimi səylər göstərib və bu istiqamətdə bütün tərəflərin iştirakı ilə qalıcı sülhü təmin etməyə yönəlmiş yanaşmaları dəstəkləyir.
Rusiya Prezidenti Putin isə İstanbul prosesinə diqqət çəkərək, sülh danışıqlarına Türkiyənin ev sahibliyi etməsi və göstərdiyi səylərə görə Prezident Ərdoğana təşəkkürünü bildirib.
Görüşdə Ərdoğan və Putin iki ölkənin dialoq şəraitində olması barədə razılığa gəliblər.
Prezident Ərdoğan, həmçinin Niderlandın Baş naziri Dik Sxof ilə telefon danışığı aparıb.
Görüşdə Türkiyə ilə Niderland arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə olunub.
Prezident Ərdoğan bildirib ki, Türkiyə ilə Niderland arasında tərəfdaşlığın getdikcə güclənməsi sevindiricidir və müdafiə sənayesi başda olmaqla iki ölkə arasındakı əməkdaşlığı möhkəmləndirəcək addımlar atmağı davam etdirəcəklər.
O bildirib ki, Türkiyə Ukrayna–Rusiya müharibəsinin ədalətli və qalıcı bir sülh ilə başa çatması üçün çalışır və İstanbul prosesinə ev sahibliyi edən Türkiyə bu istiqamətdəki səylərini davam etdirəcək.
TRT XƏBƏR
Lalə Qurbanlı